Şimali Koreya liderinin «əkizi» tapıldı FOTO

Qalmaqallı addımları və xüsusi qəddarlığı ilə dünyanın gündəmindən düşməyən Şimali Koreya lideri Kim Çenə sən demə, pərəstiş edənlər də varmış. Çində yaşayan Vanq Lei Kim Çenə bənzəmək üçün plastik əməliyyat keçirib. Əvvəldən də Çenə bənzəyən gənc əməliyyatdan sonra Şimali Koreya liderinin əkizi kimi görünür. Əməliyyat sonrası yaşadığı şəhərdə gəzintiyə çıxan Vanq Lei ətrafdakıların diqqətini üzərinə çəkib. Özünü itirməyən gənc ona baxan insanları Kim Çen kimi salamlayıb. Üstəlik arzu edənlərlə şəkil də çəkdirib. Vanqın yanında çinli gənc aktrisa və mühafizəçi görkəmində bir neçə nəfər də olub. Gənc oğlan bununla eynilə Şimali Koreya lideri kimi görünməyə çalışıb.
 
 
 
 
 
Gültəkin