Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli özünün "facebook" səhifəsində prezidentin Rauf Arifoğluna əməkdar jurnalist adı verməsinə münasibət bildirib. Həmin qeydləri təqdim edirik:
"İki "Yeni Müsavat"çı, iki jurnalist. Rauf Arifoğluna prezident bu gün əməkdar jurnalist adı verdi, döşünə nişan taxdı. Halal haqqıdır, elə son bir-iki ayda adam Milli Şura və AXCP-yə qarşı Fərhad kimi külüng vurub, nə böhtanlar uydurub, nə təhqirlər icad edib. Tofiq Yaqublu isə iki ildən çoxdur ki, şərlənərək həbs edilib. Lakin nə məhrumiyyətlər, nə həbs, nə də 25 yaşlı qızının faciəvi ölümü onu sındıra bilmədi. Çünki onun Allahdan Ləyaqət nişanı var".




