“New York Times” Rusiyada hakimiyyət dəyişikliyindən yazdı

“Rusiyada rejim dəyişikliyi qaçılmazdır; Bu gün ölkə dizi üstə dayanıb…"
 
“Iyunda Peterburq iqtisadi forumunda Putindən Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sual verəndə, o dedi ki, Amerika və Avropa bizi elə həddə qədər sıxıb ki, ondan o yana imkan verə bilmərik”, – bunu The International New York Times nəşrində Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozirev yazıb. Müəllifin fikrincə, bu cavab nizama salınmış antiQərb strategiyasından və konfrantasiya siyasətindən xəbər verir. 
 
Apreldə Putinə yaxın adamlarla söhbət edən amerikalı ekspertlər Qrehem Ellison və Dmitri Sayms nüvə müharibəsinin artan təhlükəsi barədə xəbərdarlıq ediblər. Onlar bunu belə izah edib ki, 1991-ci ildə SSRİ dağılanda Rusiya dizi üstə dayanmışdı. 1999-cu ildə Putin hakimiyyətə gələndə Rusiyanın böyük dövlət kimi özünəinamın oyanmasının başında dayandı. 
 
Kozirev Kremlin həm Rusiyanın oyanması, həm də düşmənlərin Moskvanı sıxışdırması ilə bağlı versiyalarına şühbə ilə yanaşır. 1990-cı illərdə rusiyalılar avtoritarizmə qarşı qalxdı. Azadlıqa can atan adamların dizi üstə dayandığını iddia etmək doğru deyil. 
Müəllifin fikrincə, Rusiyanın hazırkı hökuməti  dayanıqlı iqtisadi inkişaf üçün vacib olan islahatlar keçirmək gücündə deyil. 
Bu gün ölkə həqiqətən dəyişdirilməsi mümkün olmayan liderin hakimiyyəti, neftin qiymətlərinin, acgöz ordu və təhlükəsizlik xidmətinin əsirliyi altında dizi üstə dayanıb. Gec tez iqtisadi məhrumiyyətlər xalqı oyanmağa məcbur edəcək.  
 
“Ukraynanın suverenliyinin qorunmasında Qərbin qəti mövqeyi Kremlin aqressiv cəhdlərinin qarşısını almaq üçün zəmin olmaqla yanaşı Rusiyanın konstruktiv dialoqa cəlb edilə biləcəyindən də xəbər verir”, – deyə Kozirev yazır. 
 
“Rusiyada rejim dəyişikliyi qaçılmazdır. Ola bilər o bu yaxınlarda baş versin. Ancaq Qərb bu varianta üstünlük vermir. Rusiya xalqı yenə üsyan qaldıracaq, ancaq dayanıqlı demokratiyaya və stabil iqtisadiyyata gedən yol ağır olacaq. Onda Qərb kömək etməyə hazır olmalıdır. Qərb demokratiyaları indi Rusiya və özləri üçün nə etməlidir? Öz dəyərlərini və beynəlxalq hüququ müdafiə eədəcəklərini sübut etməlidirlər”, – deyə Kozirev qeyd edib.