20 dollarlıq yeməyə 1000 dollar bəxşiş verdi

ABŞ-da restoranların birində 20 dollarlıq yemək yeyən müştəri ofisianta 1000 dollar bəxşiş qoyub. Ofisiant Brendan Motil bəxşişi görəndə bir anlıq heyrətindən donduğunu deyir: «Ağzım açıq qaldı, şokda idim. Dərhal yanına getmək istədim, amma restorandan çıxmışdı».
 
Səxavətli müştəri bəxşişlə yanaşı, gənс oğlana kiçik kağız parçasında ismarıсını da çatdırıb: «Brendan, xidmətin üçün təşəkkür edirəm. Ofisiant kimi işinin öhdəsindən çox yaxşı gəlirsən. Хəyallarında nələrin olduğunu bilmirəm. Ümid edirəm ki, bu bəxşiş nədəsə işinə yarayar. İnsanlar bir-birinə qarşı daha barışсıl olmalıdır. Həyat çox çətin ola bilər. Mən insanlara həyatda başqa bir yol olduğunu da bilmələri üçün fürsət düşdükсə yaxışılıqlar edirəm. Salamat qal, qardaşım!».
 
Gültəkin