“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə yenidən təzyiqlərin başlaması artıq Türkiyə mətbuatında da yayılıb. “Haberhergün” internet qəzeti Qənimət Zahidin bu xüsusda “Azadlıq” qəzetinin saytında dünən dərc etdirdiyi yazısını tirajlayıb.
Qənimət Zahid onu susdurmaq üçün Şamaxının Meysəri kəndində yaşayan 87 yaşlı anasını necə təcrid etməyə çalışdıqları və qardaşı oğlu Tural Zahidova 1 ay inzibati həbs cəzası verdikləri barədə yazıb.
Yazıdan sonra, iyulun 20-də Qənimət Zahidin daha bir qardaşı oğlu Rüfət Zahidovu da polislər saxlayıb.
Qənimət Zahidə yeni təzyiqlər Türkiyə mətbuatında
•
•