Onların arasında köşə yazarımız Səadət Cahangir də var
Azərbaycan Jurnalistlər Biriyinin katibliyi mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2015-ci il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edib. Builki laureatlar aşağıdakı jurnalistlərdir:
Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) – jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə,
Rövşanə Asəfqızı (ANS TV) – “Bazar səhəri” proqramına,
Mənzərə Sadıqova (publisist) – “YaşaM” fəlsəfi – publisistik kitabına,
Əli Nəcəfxanlı (“Xalq qəzeti”) – regionların sosial-iqtisadi inkişafına həsr edilən yazılarına,
Rafiq Hacıyev (AJB üzvü) – hüquq, ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə,
Məhsim Məhsimov (Region TV Xaçmaz) – bölgə televiziyasının inkişafına verdiyi dəstəyə,
Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyi) – ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına,
Vüsalə Məmmədova (Lent.az) – publisistik yazılarına,
Sevda Sultanova (Kulis.az) – mədəniyyət sahəsində yazılarına,
Aida Eyvazlı (Kulturaplus.az) – tarixi mövzularda jurnalist təhqiqatlarına,
Yeganə Nəbiyeva (“Mingəçevir işıqları” qəzeti) – region mətbuatının inkişafında fəallığına,
Gülzar İbrahimova (“Sehrli dünya” jurnalının baş redaktoru) – uşaq mətbuatının inkişafında xidmətlərinə,
Səadət Cahangir (“Azadlıq” qəzeti) – köşə yazılarına,
Tapdıq Fərhadoğlu (“Turan” İnformasiya Agentliyinin əməkdaşı) – operativ reportajları maraqla izlənilən yazılarına,
Qalib Məmmədli (“Ekspress” qəzetinin əməkdaşı) – ölkənin ictimai-siyasi həyatından bəhs edən yazılarına görə H.B. Zərdabi mükafatı ilə təltif ediliblər.
Azərbaycan Jurnalistlər Birliyinin Katibliyi
P.S.“Azadlıq” olaraq builki mükafatçıları təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.


