
Ölkənin ən böyük bankının – Beynəlxalq Bankın özəlləşdirilməsində 2 narahatlıq doğuran məqam var. Birinicisi, ölkədə özəlləşdirmə üçün şəffaf mühitin heç izi də yoxdur – ona görə bu nəhəng bankın dövlətə ciddi maliyyə gətirmədən oliqarxik qrupların şəxsi mülkünə çevrilməsini indidən ehtimal etmək olar.
İkincisi, dövlət başçısının məlum fərmanından aydın olur ki, Beynəlxalq Bankın zərərli aktivlərinin alənması üçün dövlətin daxili borclanma imkanından istifadə ediləcək. Maliyyə Nazirliyinin buraxdığı istiqrazları Mərkəzi Bank alacaq, əvəzində Beynəlxalq Bankın problemli aktivlərinə sahib çıxan başqa bir dövlət maliyyə təsisatı – “Aqrarkredit” QSC Mərkəzi Bankdan likvid vəsaitlər qəbul edəcək. Daxili borclun qapadılması üçün hər ilin dövlət büdcəsindən vəsait ayrılacaq. Bir sözlə, Beynəlxalq Bankın uzun illər məsuliyyətsiz və qeyri-peşəkar idarəçiliyinin, ölkəyə vurduğu zərərin bədəlini dövlət büdcəsi ödəyəcək.