Yeni müxalifət sevdası və köhnə müxalifətə tənələr haqda…

Azərbaycanda parlament seçkilərinə 4 ay qalıb. Normalda indi ölkə seçki ab-havası ilə nəfəs almalıydı, bizdə isə mənzərə başqadı. Seçki yada düşmür. Burada qəribə bir şey də yoxdu. Illərdir kobudcasına, tam saxtalaşdırılan seçkilərə cəmiyyətin inamı ölüb. Hətta beynəlxalq hesabatlarda da bu fikir açıq yazılır ki, azərbaycanlıların seçki yolu ilə öz hakimiyyətini dəyişmək imkanı əllərindən alınıb. Bu, hakimiyyətin cəmiyyəti şüursuz formada inqilaba sürükləməsidir, klassik ifadə ilə desək, “öz qəbirqazanlarını” yaratmasıdır. Seçkinin olmaması hələ heç bir hakimiyyətə əbədiyyət qazandırmayıb. Kim deyib ki, seçki olmayan yerdə dəyişiklik olmur? Olur. Sadəcə, mədəni dünya qəbul edib ki, cəmiyyət üçün də, elə hakimiyyətdəki qüvvələr üçün də dəyişikliyin ən rahat, ən ağrısız yolu dinc, demokratik seçkilərdir.

***
Dünyada seçki sistemini sıradan çıxaran saxtakarların son aqibəti ilə bağlı çox ibrətamiz nümunələr var. Bu cür davranışa görə başları dərdə girən Əsgər Akayev, Səddam Hüseyn, Qəzzafi, Hüsnüÿ Mübarəki xatırlasaq, məncə, bəs edər.

***
Seçkinin təşkilinə, onun ədalətli, demokratik keçirilməsinə birbaşa cavabdeh dövlət hakimiyyəti orqanlarıdı. Bu, onların vəzifəsidir. Fəqət nədənsə, bəziləri ölkədə seçki mühitinin olmamasına, saxtalaşdırmaya görə müxalifəti yamanlayır. Bunlar o qəbildən olan insanlardı ki, əsasən əllərini ağdan qaraya vurmaz, amma hər məqamdaÿ Azərbaycan müxalifətini qınayar, həyat və yaradıcılıqlarını müxalifətin tənqidinə həsr edər, sözlərinin nidasını “müxalifət heç nə eləmir” fikri ilə qoyarlar.
Bu qəbildən olan başqa fikirlər də sizə yəqin ki, tanışdı. Məsələn deyirlər: müxalifət yenilənməlidir; ənənəvi müxalifət getməlidir, əvəzinə yenisi gəlməlidir; 22 il müxalifətçilik olmaz və s. Gəlin, elə bu fürsətdən istifadə edib müxalifət barədə ətraflı söhbət açaq.
Əvvəlcə o iddiadan başlayaq ki, “müxalifət köhnəlib, getməlidir”.ÿ Güman ki, ÿavtoritar rejimi qoyub müxalifətin “getməsini”, “istefasını” tələb etməklə də Azərbaycan unikaldı, analoqsuzdu.
Bu ÿyerdəÿ az qala, susuz Kürdəmir çölləri də dilə gəlib demək istəyir ki, vətəndaş, müxalifətdən xoşun gəlmir, səs vermə, onun sıralarına yazılma, bununla da məsələ bitir, daha “istefa” şüarına heç ehtiyac da qalmır. Axı müxalifət sənin verginlə dolanmır; sənə bahalı kredit vermir; əkininə-biçininə gələn suyun qarşısını kəsmir; məhkəməsi yoxdu ki, səni haqsız tutsun; polisi yoxdu ki, səni günahsız yerə dubinkalasın… Müxalifət pis işləyirsə, birinci özünə zərbə vurur. Hökumətin pis işləməsi isə ucdantutma hamımıza… Ona görə də ağıllı və düzgün adamlar müxalifəti yox, səlahiyyət sahibi olan hökuməti tənqid edirlər. Bu çox sadə bir qaydadır.
Orta Asiyanın, Yaxın və ya Uzaq Şərqin diktatura, avtoritar rejim hökm sürən ölkələrinin heç birində aktual sual “niyə müxalifət zəifdir?” yox, “bunlar niyə bu qədər heyvərədir, qaniçəndir?” formasındadı. Müxalifət heç olmaya da bilər, məgər bu, rejimin əzazilliyinə, hər addımda vətəndaşları əzməsinə bəraət verə bilər? Bu, zırpı bir pəzəvəngin zəif cüssəli, amma günahsız birini əzməsinə haqq qazandırmağa oxşayır. Analoji qaydada yanaşasaq, gərək o döyülənə irad tutaq ki, canın çıxsın, sən də güclü ol.

***
Başqa bir yandan, mən sizi dəvət edirəm, çox uzağa yox, 5-10 il geriyə boylanasınız. Müxalifət adına iddia edən nə qədər partiya artıq istefa vermiş kimidi, meydanda yoxdular – nə liderləri, nə də özləri. Onların adlarını çəkib heç ruhlarını da narahat eləmək istəmirəm, özünüz tanıyırsız. Indi sual yaranır: yeni müxalifətÿ intizarına düşənlər ÿniyə gəlib həmin boş yerləri tutmurlar, bunun əvəzində hələ də mübarizəsini davam etdirən ənənəvi müxalifətə ÿmız qoşurlar? Deməli, niyyət saf deyil.
“Ənənəvi müxalifət getsin, onların yerini təzələri tutsun”ÿiddialarıÿya “yuxarıların” təlimatının, ya da ifrat eqoizmin diqtəsilə meydana çıxır. Hə,ÿbir də ola bilər, elementar siyasi təhlil qabiliyyətinin çatışmazlığı belə fikirlərə “mamaçalıq” eləsin.

***
Biz, hətta hökumət mətbuatındaÿ da ürək ağrısı ilə qələmə alınan yazılarda kədərlə müxalifətin zəif olmasının vurğulandığını oxuyuruq. Bax, elə bu məqam, bütün bu kimi söz-söhbətləri bağlamaq üçün açar rolu oynayır.ÿSiz Allah, özünüz düşünün, hansı ağlı başında olan siyasi qüvvə rəqibinin zəif olmasına görə dərd çəkər? Əksinə, bu vəziyyət göydən düşmədir və real həyatda elə Əliyev hakimiyyəti də qanuni və qanunsuz bütün vasitələrdən istifadə edir ki, müxalifəti nəinki zəiflətsin, hətta məhv eləsin. Ilham Əliyevÿ bunu, hətta özünün proqram fəaliyyətinə də salmışdı – publik olaraq, “2008-ci ildə Azərbaycanda müxalifət olmayacaq”ÿbəyanatını verməklə.ÿAncaq alınmadı!

***
Ən nəhayət, müxalifətə zəif olduğuna görə irad bildirən insanlardan mütləq bunu soruşmağı unutmayın: sən özün müxalifətin güclü olmasında maraqlısanmı? Maraqlısansa, barmağını qatla görək, nə etmisən? Əbülfəz Elçibəy bir dəfə onun kadrlarına irad tutanlara yaxşı cavab vermişdi. Demişdi ki, olanımız budur, gedib Fransadan xalq gətirən deyilik ki…
Indi hər kəsə aydın olmalıdır ki, heç kim anadan olandan onun doğum şəhadətnaməsində “müxalifətçidir” yazılmır, bu seçimdir. Şərlə barışmaq istəmirsənsə, hünər göstərib müxalifətçilik etməlisən. Buna gücün çatmırsa, barı müxalifəti qaralamaqdan, gözdən salmaqdan, şübhə toxumu səpməkdən uzaq olmalısan.

***
Gələk, “22 il müxalifətçilik olmaz” söhbətinə. Məqsədim kiminsə qəlbinə dəymək deyil, amma biləsiniz, belə ÿiddianı səsləndirmək təmiz savadsızlıq əlamətidir. Bu fikri deyən adam, adım kimi əminəm ki, bircə siyasi ədəbiyyatın da üzünü açmayıb.
Mən uzaq ellərdə on illər davam edən diktatura, avtoritar rejimlərinin hökm sürdüyü ölkələrdəki uzunmüddətli müxalifətçiliyi, dirənişi sadalamayacağam. Elə özümüzü götürək. Bugünkü müxalifətə “22 ildirÿ mübarizə aparırırsız, nəticəsi yoxdur” deyən adamlar 70 il mübarizə aparan sovet dissidentləri, eləcə də ömürünün sonuna qədər bir an mübarizəsini tərk etməyənÿ M.Ə.Rəsulzadə barədə ikrahla yox, fəxarətlə danışırlar. Niyə? Yoxsa, Isa Peyğəmbər demişkən, heç kim öz vətənində peyğəmbər olmur?

***
Problem müxalifətin 22 ildir hakimiyyəti dəyişə bilməməsində deyil. Daha ciddidir. Müxalifəti o zaman 22 il yerində saymaqda qınamaq olardı ki, şəffaf, ədalətli seçki mühiti olsun və onlar da hər dəfə məğlub olsunlar. Bizdə isə hər seçki saxtalaşdırılır, özü də hakimiyyətdəki qüvvənin xeyrinə. Buna görə də uzun illərdirÿ Azərbaycandakı sərt, amansız rejimin qarşısında çəkilməyən, mərd-mərdanə mübarizəsini davam etdirən adamlara tənə yox, təşəkkür eləmək lazımdı.
Azərbaycanda normal, vətəndaşlarla hesablaşan, onlara təhqiramiz münasibət göstərən hakimiyyətin olmaması üçün isə mütləq və mütləq müxalifət olmalıdır. O müxalifəti isə Aydan gələn insanlar yox, elə biz azərbaycanlılar özümüz formalaşdırmalı, daha güclü etməliyik. Belə bir məsələ sizi qayğılandırırsa, siyasi hərəkatlar sizi gözləyir: ya onlara qoşulun, ya da daha nümunəvisini özünüz yaradın.