İrandan neftin qiymətini kəskin salacaq addım

İranın Milli Neft şirkəti (NİOC) bütün yataqlarda neft hasilatının artırılmasına dair göstəriş aldığını bəyan edib. Xəbəri İranın “Shargh” qəzeti yayıb.
 
Daha öncə İran Milli Neft şirkəti NİOC-un beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari bəyan edib ki, İran sanksiyaların ləğv edilməsindən sonra neft ixracını maksimum həddə çatdırmağa, eləcə də Avropa bazarında öz payını 42-43%-ə çatdırmağa çalışacaq.
 
Qəzet xəbər verir ki, əgər bazarda tələbat olarsa, şirkət perspektivdə sutkada 4 milyon barel neft hasil edə bilər.
 
Bu, ölkənin Qərb ölkələri ona sanksiyalar tətbiq etməmişdən öncə əldə etdiyi hasilat səviyyəsidir. (Oxu.az)