
Azərbaycan Xalq Cəbhəsinin təsis edilməsinin 26 ili tamam olur. Xalq Cəbhəsi Azərbaycana İkinci Respublikanı – Müstəqilliyi qazandıran qüvvədir. İndi də ölkəmizə Demokratiyanı qazandırmaq uğrunda mücadilə verir. Son illər ərzində cəbhəçilərin Azərbaycan naminə hansı fədakarlıqlar etdiyinin, hansı sınaqlardan keçdiyinin, hansı məhrumiyyətlər yaşadığının canlı şahidiyəm. Bu bayram münasibətilə bütün cəbhəçi dostlarımı ürəkdən təbrik edirəm. Allah Vətənimiz naminə etdiyiniz fədakarlıqların əvəzini versin!