Filippinin Mandaue şəhərində bir tələbə qız qaranlıq küçədə kiçik bir stulu yazı masası kimi istifadə edərək, "Mc Donald's"ın işığında karandaşla ev tapşırıqlarını yazan bir uşağın fotosunu çəkib.
Məlum olub ki, bu uşağın yaşamağa evi yoxdur. 9 yaşlı Daniel Kabreranın atası dünyasını dəyişib, o, anası Kristina Espinoza ilə birlikdə divarlarının biri olmayan köşkdə gecələyir. Çünki evləri bir müddət əvvəl yanğın nəticəsində dağılıb. Həmin köşk də "Mc Donald's"ın yaxınlığında yerləşir. Belə ağır vəziyyətdə yaşamalarına baxmayaraq, Daniel var gücü ilə dərslərinə hazırlaşır. Ən böyük arzusu isə polis olmaqdır.
Tələbə qızın çəkdiyi bu foto internetdə sürətdə yayılıb və dərhal da dünyanın müxtəlif yerlərindən Daniel və anasına yardım təklifləri gəlib. Anası şəxsi kiçik biznesini qurmaq üçün sponsorlardan qrant alıb. Danielin özünə isə Filippin siyasətçiləri maliyyə yardımı göstərməklə yanaşı, həm də ona təqaüd ayırıblar. Bundan başqa, yerli hüquq-mühafizə orqanları və sosial xidmət qurumlarının əməkdaşları öz aralarında razılığa gələrək, ailəni qida məhsulları ilə təmin etmək qərarı veriblər.
azadliq.info