Əməliyyat və müalicəyə görə aldığı borcu qaytarmaq üçün
Bu günlərdə üzərində açıq ürək cərrahiyyə əməliyyatı keçirilən Qarabağ müharibəsi Qazisi, II qrup vətən müharibəsi əlili Xalıqverdi Həsənovun müalicəsini davam etdirməsi üçün maddi dəstəyə ehtiyacı var. Bu barədə Qarabağ qazisinin yaxınları məlumat verib.
Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edilsə də, hələ müsbət cavab verilməyib: “Xalıqverdi Həsənovun səhhəti stabil deyil. Ağır cərrahiyyə əməliyyatından sonra müharibədə aldığı yaraların yerində şiddətli ağrılar başlayıb. O, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə kəllə-beyin travması alıb. Bəzən ağrılar o qədər şiddətlənir ki, bu ağrılardan huşunu itirir”.
Xalıqverdi Həsənov durumunun kritik olduğunu deyir: “Uzun müddət ürək ağrılarını özü ilə gəzdirirdi. Nəhayət, vəziyyətimin günü-gündən pisləşdiyini görüb borc-xərc tapıb əməliyyat olundum. Indi həm aldığım borcu qaytarmaq, həm də müalicəni davam etdirmək üçün maliyyə vəsaitinə ehtiyacım var. Lakin hara müraciət edirəm, nəticəsiz qalır. Məcbur olub yaşadığım mənzili satışa çıxarmışam. Beş nəfərdən ibarət ailədə qazanc gətirən təkcə mən idim. Mən də yorğan-döşəkdə xəstə düşmüşəm. Bir əl uzadan, kömək edən yoxdur”.
Qarabağ Qazisi daha sonra vurğuladı: “Mən heç kəsə ərazi bütövlüyümüz uğrunda vuruşmağımı minnət qoymuram. Bu, Azərbaycan türkü olaraq mənim, eləcə də hamımızın müqəddəs borcudur. Düzü, istəməzdim ki, kiməsə əziyyət verim. Amma buna məcburam. Ümid edirəm ki, bu müqəddəs Ramazan ayında iş adamları, imkanlı soydaşlarım məni darda qoymayacaq, öz kömək əlini uzadacaqlar. Ən böyük gözləntim isə ölkə başçısı Ilham Əliyev və onun xanımı Mehriban Əliyevadandır.
Xatırladaq ki, Xalıqverdi Həsənov 1991-ci il dekabrında tankçı kimi Milli Ordu sıralarına qoşulub və Şuşa, Laçın, Ağdərə, Ağdam, Qubadlı, Qazax bölgələrində keçirilən hərbi əməliyyatlarda iştirak edib. Xocalı soyqırımının şahidi olub. Ağdamda gedən döyüşlərdə iki dəfə ağır kəllə-beyin travması alıb. O, 1997-ci ildə Milli Ordu sıralarından təxris olunub. Milli Qəhrəman Çingiz Mustafayevin döyüş bölgələrindən və hərbi əməliyyatlardakı bir çox çəklişlərdə lentə alınıb və bu süjetlər ANS TV-nin arxivində saxlanılır. Ehtiyatda olan zabitdir. Qarabağ Qazisinə kömək etmək istəyənlər aşağıdakı bank hesabına vəsait köcürə bilərlər.
Azərbaycan Beynəlxalq Bankın Nərimanov Rayon Filialı
SWIFT: IBAZAZ2X
Ünvan: H.Əliyev küçəsi 95. Bakı-1110 Tel: 4656562 Fax:4656558 Həsənov Xalıqverdi Həsən oğlu
Az35IBAZ3801019442129054206 Kod:805540
Müxbir hesabi: AZ03NABZ01350100000000002944 S.W.I.F.T
Bik: IBAZ2X