AzadlıqRadiosunun həbsdəki əməkdaşı Xədicə İsmayılın cinayət işi üzrə ittiham aktı məhkəməyə göndərilib. Hazırlıq iclası iyulun 22-nə təyin edilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatına verilib. Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.
Sonradan Tural Mustafayev mətbuata müraciət edərək şikayətini geri götürüb.