AXCP Elçibəyin məzarını ziyarət edəcək

İyulun 13-də AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda mövcud ictimai-siyasi vəziyyət və pariyanın qarşısında duran cari məsələlər müzakirə olunub.
 
Rəyasət Heyəti hakimiyyətin Şanxay Әməkdaşlıq Təşkilatına qoşulmaq istəyini dövlətimizin və millətimizin maraqlarına təhlükə kimi qiymətləndirib və bu barədə partiya adından verilən etiraz bəyanatını təqdir edib.
 
İclasda partiyanın növbəti qurultayına hazırlığın səviyyəsi və rayon şöbələrində konfransların keçirilməsi məsələləri də müzakirə olunub.
 
Partiyanın yeni proqram layihəsi də gündəlikdə olub və sənədin tezliklə müzakirədən keçirilərək qəbul edilməsinə qərar verilib.
 
AXC-nin təsis olunmasının 26 illiyinin qeyd edilməsi də müzakirə mövzusu olub və qərara alınıb ki, təsis günü-iyulun 16-ı saat 12:00-da Fəxri Xiyabanda AXC-nin ilk sədri, mərhum prezident Әbülfəz Elçibəyin məzarı ziyarət olunsun.