İstanbuldakı yunan konsulluğunda korrupsiya qalmaqalı

Yunanıstanın İstanbuldakı konsulluğunda korrupsiya halı aşkarlanıb. Türkiyə mətbuatının məlumatına görə, konsulluq 2011-2014-cü illərdə yüzlərlə insana qanundan kənar vizalar verib. Məsələ Afinadan gələn müfəttişlərin konsulluqda apardığı araşdırmalar zamanı üzə çıxıb. Yoxlamının yekununda konsulluğa müraciət edən bir çox insana qanunsuz viza verildiyi, bəzi əməkdaşların korrupsiyaya bulaşdığı müəyyən edilib. Yunanıstanın korrupsiya ilə mübarizəyə məsul naziri Panayotis Nikoludis bildirib ki, bu qanunsuzluğa yol verən vəzifəli şəxslər barədə ətraflı araşdırma aparılacaq və ehtiyac yaranarsa, onların əmlaklarına həbs qoyulacaq. Xatırladaq ki, İstanbuldakı Yunanıstan konsulluğu sistemdəki problemlərə görə bir müddətdir viza verilişini dayandırmışdı.
 
Gültəkin