Bir reklama görə 3,5 milyon aldılar

Türkiyənin məşhur cütlüyü – müğənni Kənan Doğulu və həyat yoldaşı aktrisa Beren Saat bir neçə saniyəlik reklam filminə görə nə az, nə çox düz 3,5 milyon dollar qonorar alıblar. «Arçelik» firmasının elektroavadanlıqlarının təqdim olunduğu reklam Kənan Doğulunun «Nə yaparsan yap, aşk ilə yap» mahnısının müşayiəti ilə çəkilib. Türkiyə mətbuatının yazdığına görə, bu Doğulu-Saat cütlüyünün birgə çəkildiyi ilk reklamdır. Bundan əvvəl hər iki sənətçinin ayrı-ayrılıqda reklam filmləri olub.
 
Gültəkin