Azərbaycanda “çevriliş şou”

Bizim bir el məsəlində deyilir: öyrənibsən dolmaya, vay o günə olmaya. Avropa Şurasından, Qərbdə yerləşən ayrı-ayrı təşkilatlardan həmişə “bəh-bəh” tərifləri eşidən hakimiyyət buna öyrəncəli olmuşdu. Amma bu yayın can alan istisində ard-arda Alman Bundestanqından, Avropa Birliyindən, ABŞ dövlət depatramentindən, ən nahayət AŞPA -dən gələn tənələr, rejimin “dədə vay”ını ərşə dirədi. Xəzər kürüsünün üzünü qara elədiyi AŞ PA-nın Azərbaycandakı siyasi vəziyyətlə bağlı verdiyi qərar isə rejim üçün lap öldürücü oldu. Bunlar hələ də qəbul edə bilmirlər ki, Strasburqa daşınan kürülər çemodanlarında qalıb, ona gözünün ucu ilə baxan da olmayıb. Bəlkə də baxan olub, amma abır-həya daha ona tamah salmağa imkan vermir. Dünyanın gedişi belədi, bəzən çal-pul işləmir.
İndi görünən də, budur ki artıq mədəni dünya Əliyevçi kriminal rejimin kaprizlərinə səbr göstərmək istəmir. Ondan heç çətin şeylər də tələb edilmir. Yuxarıda adını qeyd elədiyimiz hər bir təşkilat rejimə xatırlatma edir ki, zəhmət çək üzərinə götürdüyün beynəlxalq öhdəliklərə əməl elə. İnsanları haqsız yerə tutma, mətbuatı boğma, monopoliyaya son qoy, məhkəmələrdə ədalət yarat.
 
Hakimiyyətin isə bu tələblərə, tövsiyyələrə cavabı birdir. Haray qaldırıblar ki, bizi, yəni rejimi Qərb devirmək istəyir. Bunun ardınca isə çuğuları vasitəsi ilə cəmiyyətə bu şübhə-fitnə yaradan sualları yayırlar: “Avropa, Amerika bizim əmi oğlumuz deyil, dayıoğlumuz deyil, onun nəyinə gərəkdir, Azərbaycanda demokratiya olsun, insan haqları pozulmasın”.
 
Bu sualı düşünmək üçün yox, sadəcə dünyaya etimadsızlıq yaratmaq üçün və beləliklə azərbaycanlıları daha sərt əzmək üçün insanlara təqlid ediblər. Biz bu sualı cavablamağa çalışaq. Birincisi, ondan başlayaq ki, nə qədər şablon görünsə də, insan haqları heç bir dövlətin daxili işi deyil. Azərbaycan özü bir neçə mötəbər sənədə qol çəkib, bunu özü də təsdiq edib. İnsan haqlarını qorumaqla bağlı
 
Azərbaycan xoşluqla beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. Bu gün də ondan başqa şey yox, bu tələb edilir. Azərbaycan hakimiyyətindən tələb edirlər ki, imza atıb, vəd elədiyi işləri görsün, insanları incitməsin, korrpusiyaya yol verməsin, ədalətli məhkəmə sistemi yaratsın! Bu işləri görməyib, haray salmaq ki, bizim daxili işlərimizə qarışmağa heç kimin haqqı yoxdur, onun adı çığallıqdı.
 
İkincisi, Avropa, ABŞ niyə maraqlıdı ki, Azərbaycanda demokratiya olsun, insan hüquq və azadlıqları qorunsun? Bu suala cavab tapmaq üçün öz evinizi və qonşularınızı düşünün.
 
Fərz edin ki, siz kifayət qədər imkanlı ailəsiniz, gözəl eviniz, intizamlı həyat keçirən ailəniz var. Sizin üçün necə bir yer xoş və rahat olar, qonşularınınz ac yalavac, oğru, kriminal olsa, yoxsa elə sizdən biri kimi?
 
Yəqin, tərəddüd etmədən pis, əli əyri, gündə evində dava çıxaran qonşu sizin üçün arzuolunmazdı. Dövlətlər də belədir. İnkişaf etmiş ölkələr üçün artıq dərk olunmuş zərurətdir ki, nə qədər qonşuluqda geridə qalmış, insan hüquq və azadlığlarına hörmət etməyən dövlətlər olacaq, o vaxta qədər onların təhlükəsizliyi də, rahatlığı da risk altındadı. Heç də təsadüfü deyil ki, bu gün terrorun, ağır cə sağalmaz xəstəliklərin tüğyan elədiyi ölkələr məhz insan haqlarına hörmət etməyən, korrpusiyaya xirtdəyə qədər batmış ölkələrdir. Və dünya gəlib elə bir səviyyəyə çatıb ki, bu cür ölkələri izolozasiya edib saxlamaq olmur. Ona görə çarə qalır hamılıqla yığışıb o ölkələri abıra salmağa. Bizimlə baş verənlərdə də bundan başqa bir cəhət yoxdu.
 
Avropanın, Amerikanın nə deməsindən asılı olmayaraq, azərbaycanlılara əyandır ki, onların günü xoş keçmir. Onları halallıqla yaşamaqdan məhburm ediblər, düzlük bizim ölkdə təhlükəli işdir. Çox şükür ki, nəhayət dünya birliyi itv-nin sözü olmasın, bu ədalətsizliyə dözməmək qətiyyəti nümayiş etdirir. Xalq özü də öz müqəddəratına sahib çıxıb yalan
 
və talana qarşı əsaslı mövqe qoysa, onda əmin olun ki, tezliklə hər şey yaxşı olacaq.