ABŞ senatoru hakimiyyəti ittiham etdi

Azərbaycanın adı yenə avtoritar ölkə kimi hallandı

“ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması barədə ittihamlar avtoritar rejimlərdən gəlir”

Bütün dünyada insan hüquqlarını pozanlar bilməlidir ki, ABŞ insan hüquq və azadlıqlarının müdafiəsini davam etdirəcək. ABŞ Senatının xarici siyasət komitəsinin üzvü Benjamin Kardin öz bəyanatında bildirib.

Hüquqların müdafiəsi bəhanəsilə ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması barədə ittihamları şərh edən senator deyib ki, bu cür ittihamlar əsasən avtoritar rejimlərdən gəlir.

“Rusiya təcrid edildikcə Putin rejimi hüquq müdafiəçilərinə təzyiqləri artırır və müstəqil KIV və tənqidi səsləri susdurmaqla özünün dözümsüz olduğunu nümayiş etdirir.

Analoji proseslər Çində də baş verir. Buddistlər və uyğurlar separatizmə qarşı mübarizə adı altında təqiblərə, repressiyalara məruz qalırlar.

Azərbaycan hökuməti də öz vətəndaşlarına qarşı repressiyaları davam etdirir, tənqidçiləri təqib edir, həbsə alır. Hökumət bu cür dözümsüzlüyün aradan qaldırılması istiqamətində iş aparmalıdır, ABŞ isə bu səyləri dəstəkləməyə hazırdır", – bəyanatda deyilir. (contact.az)