“Yeni Müsavat” “Azərbaycan”ın pasötürəni rolunda

Son vaxtlar “Yeni Müsavat” qəzeti rəsmi qəzet “Azərbaycan”ın pasötürəni rolunda çıxış edir. Bu qəzetdə Milli Şura, AXCP haqqında dərc edilən böhtanlar bir gün sonra “Azərbaycan” qəzetində dərc olunur. Sanki adıçəkilən nəşrlərin baş redaktorları arasında anlaşma var: Mən öz qəzetimdə Milli Şuranın, AXCP-nin ünvanına iftiralar yağdıracam, sən də öz qəzetində bunu tirajla. Özü də əsasən AXCP sıralarından çıxarılan şəxslərin müsahibələri bu qəzetlər üçün maraqlı olur.
“Yeni Müsavat” son belə pası srağagün ötürüb. Qəzet AXCP sədrinin keçmiş müşavirini danışdırıb. Bir gün sonra, yəni dünən “Azərbaycan” qəzeti dərhal həmin müsahibəni tirajlayıb. Necə deyərlər, Allah bazar versin.