Türkiyə Böyük Millət Məclisində (TBMM) spiker seçimi ilə bağlı səsvermənin üçüncü və dördüncü turu keçirilib.
Üçüncü turda yenə də heç bir namizəd Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün lazım olan 276 səs toplaya bilməyib.
Sədr seçilməsi üçün səsvermənin 4-cü turu keçirilib. 3-cü turda ən çox səs toplayan AKP namizədi İsmət Yılmaz və CHP namizədi Dəniz Baykal arasında seçim olub. Bu dəfə isə AKP-nin namizədi olan Yılmaz 258 səslə spiker seçilib.
azadlıq.info