Azərbaycan Avropa Oyunlarının gələcəyini necə şübhə altına aldı?

İndi məlum olub ki, təkcə Azərbaycandakı avtoritar sistem, oyunları təşkil edənlərin öz xalqına münasibəti, təfəkkürü deyilmiş Avropa Oyunlarına kölgə salan. Sən demə, Avropa Oyunları ilə bağlı Avropanı narahat edən daha bir ciddi məqam var imiş. Onlara görə, Azərbaycan bu oyunlarla bağlı qəbuledilməz bir standart müəyyənləşdirib ki, bu da Avropa Oyunlarının gələcəyini şübhə altına alır. Bu haqda Avropanın iqtiasdi mühərriki rolunu oynayan Almaniya təmsilçisi maraqlı açıqlama verib. Bu ölkənin Avropa Oyunlarındakı missiyasının rəhbəri Dirk Şimmelpfenning bildirib:

"Bakı oyunların açılışına London olimpiadasındakından iki dəfə çox xərcləməklə yeni standartlar müəyyənləşdirib. Məhz buna görə bu yarışların bundan sonra keçirilə biləcəyi şübhə altındadır. Hansısa ölkələrin bu qədər vəsait xərcləyəcəyi çətin ki, mümkün olsun".
 
azadliq.info