Yaponiya uçan maşın istehsalına başladı

Yaponiyada uçan maşınların istehsalına başlanılıb.
 
Strateq.az bildirir ki, istehsal olunmağa başlayan uçan maşınlar hələlik satışa çıxarılmayıb.  “Uçan kaykay” adlanan bu maşınlar yerə sürtünmədən, toxunmadan və yüksək sürətlə gedəcək. Bu tip maşınlar yalnız 30 il öncə çəkilən fantastik filmlərdə görünmüşdü.
 
Şirkət rəhbərliyi yaxın gələcəkdə uçan maşınlarla bağlı mətbuata geniş bilgi verəcəklərini söyləyib.