Almaniya jurnalı “Azadlıq”ın bağlanmaq təhlükəsindən yazıb

Almaniyanın tiraji beş yüz mindən artıq olan “Fokus” jurnalı Azərbaycanda artıq xeyli müddətdir baş alıb gedən repressiyalar haqqında material dərc edib.
 
Məqalədə deyilir ki, son bir il ərzində Azərbaycanda misli görünməmiş repressiya siyasəti aparılır. Bu repressiya kampaniyası çərçivəsində azad mətbuata, müstəqil jurnalistlərə və blogerlərə qarşı təzyiqlər səngimək bilmir.
 
Əvvəllər hakimiyyətə qarşı tənqidçi mövqedə duran mətbuat orqanları sıradan çıxarılıb. Hakimiyyətin korrupsiya əməllərini ifşa etməklə məşhurlaşmış Xədicə İsmayıl hələ də həbsxanadadır.
 
Ölkənin əsas müxalifət qəzeti olan “Azadlıq” ağır maliyyə vəziyyətinə salınıb. Qəzeti iqtisadi cəhətdən boğmaq siyasəti onu fəaliyyətini dayandırmaq həddinə çatdırıb. “Azadlıq” qəzetinin böyük məbləğdə borcu yaranıb və bu yaxın vaxtlarda qəzetin çapının dayandırılması ilə nəticələnə bilər. 
 
azadliq.info