Bakı-2015 I Avropa Oyunlarında boks yarışları həlledici mərhələyə qədəm qoyub. Dünən daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər olub ki, onlardan 3-də 1/4 final, 5-də yarımfinallar qarşılaşmaları baş tutub.
Bu çəki dərəcələrində Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxıb.ÿ
56 kq çəki dərəcəsində yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev final üçün son döyüşünü rusiyalı Bəxtovar Nazirova qarşı keçirib. Qarşılaşma daha təcrübəli rusiyalının xeyrinə başa çatıb.ÿ
Nəticədə 18 yaşlı boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.ÿ
Yarışların 13-u günü ümumi medal sayına görə Rusiya yığması liderdi. Bu ölkə idmançılarının 109 medalından 51-ı qızıl, 31 -i gümüş, 27-i da bürüncdü. Azərbaycan idmançıları 40 medalla ikinci yerdə qərarlaşıb (14 qızıl, 11 gümüş, 15 bürünc).
3-cü yerdə 40 medalla (13 qızıl, 12 gümüş, 15 bürünc) Almaniya idmançılarıdır.
azadlıq.info