«Ramazan bayramına qədər Türkiyənin arzu etdiyi bir iqtidar qurulacaq»
Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozkır günlərdir gündəmdə olan koalisiyon hökumət mübahisələrinə nöqtə qoyub. Bozkır bildirib ki, Ramazan ayı başa çatmadan Türkiyədə koalisyon hökumət qurulmuş olacaq. 7 iyun seçkisindən dərhal sonra koalisiya çalışmalarına başlandğını bildirən nazir «İnşallah, AKP-nin öndərliyi ilə təkrarən hökumət qurulacaq» deyib: «Türkiyəni daha irəliyə aparacaq, daha güclü ölkəyə çevirəcək bir iqtidar ortaya çıxacaq. Türkiyədəki seçkilər demokratiyanın necə köklü olduğunu, Türk insanının demokratiyaya necə önəm verdiyini bir daha nümayiş etdirdi. 46 milyon səsin verildiyi bir ölkə olmaqdan qürur duyuruq. Sıxıntı və narahatlıq olmadan seçkini arxada qoyduq. Ramazan ayı başa çatmadan, bayrama qədər Türkiyənin arzu etdiyi bir iqtidar qurulacaq».
Gültəkin


