«Əgər Azərbaycan prezidenti İlham Əliyevin niyyət etmişdi ki, Bakıdakı ilk Avropa Oyunları sayəsində bütün dünya ölkəsinə heyranlığını, diqqətini göstərsin, dilxor olacaq». «The Moscow Times» qəzetində Karneqi Fondunun əməkdaşı Thomas de Waal belə yazır. «İdman tədbirinin özü, təmtəraqlı açılış mərasimini Avropa mediası yüngül işıqlandırdı. Daha çox ölkədəki insan haqları pozuntularına işıq saldılar», yazan müəllif Rusiya prezidentinin tədbirə qatılmasını da qeyd edir. «O, prezident Əliyevin özünü necə hiss etdiyini bilirdi. Ötən il Soçi Qış Olimpiadasına da çox adam gəlmədi və Putin özünü təhqir olunmuş hiss etdi. Avropa Birliyindən də elə bir yüksəkçinli siyasətçi Avropa oyunlarına gəlmədi».
«Beləliklə, oyunlara reaksiya Əliyevin belə bir hissini gücləndirəcək – Qərb dövlətləri ona elə də hörmət etmirlər. İndi sual odur ki, Azərbaycanla Qərbin ziddiyyəti daha da güclənəcəkmi? Bu parçalanma Əliyev 2013-cü ildə üçüncü müddətə seçiləndən aşkara çıxıb».
Müəllif yazır ki, Azərbaycan indi keçmiş sovet ərazisində ən antiamerikan dövlət adı uğrunda Rusiya ilə yarışır. ABŞ Dövlət katibi John Kerry-yə şəxsi hücumlar, ABŞ təşkilatlarının dövlət çevrilişi cəhdində ittiham olunduğu qeyd edilir. Thomas de Waal yazır ki, oyunlardan sonra da bu tendensiyanın dəyişəcəyi gözlənmir. Qərb dövlətlərinin tənqidi bəyanatları azalmayacaq. Dağlıq Qarabağ ətrafında gərginliyin artacağı qorxusu var. 3 tanınmış qərbyönlü ictimai xadim casusluq ittihamıyla yayın sonu, yaxud payızın əvvəlində məhkəməyə çıxarılacaq. Və nəhayət, noyabrda parlament seçkiləri keçiriləcək.
«Putin və Lukashenko-nun Bakıya səfər etməsinə baxmayaraq, Azərbaycanın tamamilə Rusiya düşərgəsinə keçəcəyi də real görünmür. Ən real model üstünlüklərini saxlayan tərəfdaş kimi Rusiyadan təcrid siyasətini qorumaqdır. Ancaq görünür, Azərbaycan Avropa Oyunlarının ironik nəticəsi kimi daha az Avropa və qərbpərəst olacaq». (azadliq.org)


