Ölkə başçısı Ilham Əliyev Latviyanın yeni seçilmiş prezidenti Raymonds Veyonislə görüşüb. Məlumatı AzərTac və digər rəsmi saytlar yayıb.
Məlumatda qeyd olunur ki, dövlət başçısı Raymonds Veyonisi Latviya prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb, həmçinin ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşün digər təfərrüatları, həmçinin görüşün harda və nə vaxt keçirilməsi barədə də məlumat verilmir. Qeyri-rəsmi məlumatlara görə, Raymonds Veyonislə Ilham Əliyev arasında görüş Bakıda baş tutub.
Məsələnin maraqlı tərəfi həm də ondan ibartədir ki, hazırda Latviya Avropa Ittifaqına sədrlik edir. Iyulun 1-də Latviyanın sədrliyi başa çatır və Raymonds Veyonis sədr vəzifəsində fəaliyyət haqqında hesabat verməlidir.
Bu dövrdə “Şərq Tərəfdaşlığı”nın Riqa sammiti əhəmiyyətli hadisə olub. Sammitdə Avropa Ittifaqı və Azərbaycan arasında “strateji müasirləşmə haqqında” saziş imzalanması gözlənilirdi. Lakin Ilham Əliyev sammitdə iştirakdan yayınaraq, tədbirə XIN rəhbəri Elmar Məmmədyarovu göndərib.
Contact.az Qərb diplomatik mənbələrinə istinadən məlumat verir ki, Məmmədyarov Riqaya nəzərdə tutulmamış düzəlişlər edilmiş sənəd aparıb. Bütün düzəlişlər qəbul edilsə də, Məmmədyarov sammiti yekunlaşmamış tərk edib ki, bu da Avropa Ittifaqında mənfi qarşılanıb.
Yeri gəlmişkən, bu günlərdə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bildirib ki, həm Bakı, həm də Irəvanın qarşısına Rusiya və Avropa Birliyi arasında qəti seçim etmək şərti qoyulub. Güman ki, Reymonds Veyonislə Ilham Əliyevin görüşündə Azərbaycanın seçim məsələsi də ciddi müzakirə olunub.

azadlıq.info