
Nazirliyin saytında gedən məlumata görə, Çexiyanın Jokey klubunda fəaliyyət göstərərn bu yarış atları 2012-ci ildə Kadırovun adına qeydiyyatdan keçib.
Nazirlik bildirir ki, gəlirərin dondurulması cəza deyil və atların fəaliyyətinə qadağa qoyulmayacaq.
Yarışlardan gələn gəlir isə atların saxlanmasına sərf olunacaq.
Çexiyanın Jokey klubu Praqa ətrafında yerləşir.
İyunun 21-də 95-ci Çexiya derbisində Kadyrovun Aldar adlı atı 4-cü olub.
Almaniya da 2014-cü ilin oktyabrında Ramzan Kadırovun at yarışlarından gələn gəlirinə sanksiya tətbiq edib.
Çexiyanın “Hospodarske Noviny” qəzetinin yazdığına görə, Kadırov bundan sonra Almaniya və Çexiyadakı atlarını Yaxın Şərq ölkələrinə çıxarmağa başlayıb. (azadliq.org)