
Bu hərbi avadanlıqların bir qismi isə Almaniyada yerləşdiriləcək. Məlumata görə, bu missiyaya 250-dək tank, piyadaların döyüş maşını və s hərbi texnikalar daxildir.
Rəsmilər bu avadanlıqların böyük hissəsinin artıq Avropada olduğunu deyirlər.
Rusiya müdafiə nazirliyinin rəsmisi bəyan edib ki, Rusiya ilə sərhəd olan NATO ölkələrində tank və ağır texnikalar yerləşdirmək soyuq müharibə dövründən bu yana ABŞ tərəfindən ən aqressiv hərəkət olacaq.