Türkiyədə yeni hökumətin qurulması ilə bağlı qızğın müzakirələrin getdiyi vaxtda HDP-li millət vəkilindən, yeni parlamentdə partiyasının məclis başqanı vəzifəsini tutacaq Mehmet Fıratdan maraqlı açıqlama gəlib. M.Fırat bildirib ki, AKP sədrini dəyişmək barədə qarar verib. Qərara əsasən Əhməd Davudoğlu sədrlikdən gedəcək, yerinə keçmiş prezident Abdulla Gül gətiriləcək: «Artıq qərar verilib. Siyasət mühəndisləri hərəkətə keçiblər. Hazırda AKP sədrliyi və baş nazir postu əsas müzakirə mövzusudur. Ərdoğan çıxıb «Mənim namizədim Abdulla Gül qardaşımdır» deyəndə heç kim şoka düşməsin. Bu şərtlərdə necə bir koalisiya qurulacaq, bunu artıq zamanla görəcəyik. Ərdoğan seçkinin nəticələrinin acığını Davudoğludan çıxır. Əslində isə nəticənin belə olmasının səbəbkarı hörmətli prezidentimizdir. Keçirdiyi təbliğat mitinqləri işimizə çox yaradı. Sağ olsun, var olsun. Seçkidə barajı keçməyimizə çox kömək etdi». Gültəkin


