Ərdoğanın düşməni siyasətə qayıdır

Türkiyənin Gənc Partiyanın sədri, hazırda Fransada mühacirətdə olan Cem Uzan siyasətə qayıdacağını bildirib. Bu barədə Cem Uzan özü twitter hesabınından məlumat verib: “Bütün Türkiyəyə bildirilir. Gənc Partiyası … Vaxtı gəlib”.
 
Qeyd edək ki, Cem Uzan fəaliyyətini dayandırmış  Gənc Partiyanın sədridir. O, 2002-ci ildə Türkiyədə parlament seçkilərinə qatılmış, qısamüddətli kampaniyadan sonra 7.2 faiz  səs toplamışdı. Seçkilərdən sonra isə Türkiyənin vergi orqanları onun fəaliyyətini araşdırmağa başlamış, nəticədə bu ölkədəki bütün varidatına əl qoyulmuşdu. İş adamı özü isə Fransadan siyasi sığınacaq almışdı.
Qeyd edək ki, Gənc Partiya AKP hakimiyyətinin ilk illərində ciddi mübarizə aparıb sıradan çıxardığı partiyadır.