“Hakimiyyət Qərblə münasibətlərə görə isterikadadır”

İbrahim İbrahimli: «Novruz Məmmədovun «Twitter»də yazlıqları da bu isterikanın göstəricisidir»

«Dünya birliyi ilə münasibətlər hakimiyyət daxilindəki qruplar arasında da ziddiyyətləri artırıb»

Prezident Administrasiyasının Xariciÿəlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Twitter” səhifəsində paylaşdığı fikirlər ictimai müzakirələrə səbəb olub.

Əvvəlcə Novruz Məmmədovun “Twitter”də yazdıqları haqda…

“Müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu qeyri-mümkün olur. Amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərəÿvəÿhücumlara məruz qalırsansa, deməli, ölkəÿdüzgün yolla irəliləyir”, – deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.
Ümumiyyətlə, Novruz Məmmədov özünün bu tip açıqlamaları ilə mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. O, təmsil etdiyi hakimiyyətin ünvanına səslənən tənqidləri, beynəlxalq təzyiqləri adətən Azərbaycanın uğurlu inkişafı ilə əlaqələndirməyə çalışır. Prezident Administrasiyasının rəsmisi beynəlxalq ictimaiyyətin demokratiya, insan haqlarına hörmətlə bağlı tələbləri qarşısına bu cür “arqumentlərlə” çıxır. Maraqlıdır, insan haqları və demokratiya ilə bağlı BMT, ATƏT, Avropa Şurası kimi çoxsaylı təşkilatlar qarşısında öhdəliklər götürmüş Azərbaycan hökuməti belə tutarsız bəhanələrlə daha nə qədər yayına biləcək?
MilliÿŞuranın Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimli deyir ki, Novruz Məmmədovun bu açıqlaması hakimiyyətlə Qərb dünyası arasında gərginliyin pik həddə olmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti özü də Qərblə münasibətlərin pozulmasının necə nəticələnə biləcəyini gözəl başa düşür. Ona görə də isterika vəziyyətindədilər: “Novruz Məmmədov beynəlxalq təşkilatlara qarşı münasibətlərində, hətta diplomatik etik qaydaları da pozur. ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə köməkçisi Tomas Malinovski açıqlamasında Azərbaycan hakimiyyətinin siyasi məhbuslarla bağlı yaratdığı Işçi Qrup barədə danışarkən dedi ki, Azərbaycan hakimiyyəti, ölkə başçısı Ilham Əliyevlə danışıqların heç bir mənası yoxdur. Çünki hakimiyyətin sözü ilə əməli uyğun gəlmir. Bundan sonra ABŞ hökuməti artıq Azərbaycan hakimiyyətilə münasibətlərini aydınlaşdırdı və Tomas Malinovskinin Bakıya səfərini təxirə saldı”.
Bugünlərdə Almaniya Bundestaqında Azərbaycanda insan haqlarının vəziyyətinə dair qəbul olunmuş qətnaməyə toxunan Ibrahim Ibrahimlinin sözlərinə görə, bu sənədin qəbulu Avropa strukturlarının Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidi fikirlərin davamıdır. Başqa sözlə, Avropa təşkilatları da bu qənaətə gəlib ki, Ilham Əliyevlə insan haqları mövzusunda hər hansı müzakirələr aparmaq mümkünsüzdür.
Ibrahim Ibrahimli yada salır ki, Ilham Əliyev mayda Riqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitinə qatılmamaqla ABŞ və Avropa Birliyi ilə münasibətlərə nöqtə qoydu: “Riqa sammiti Ilham Əliyevin sonuncu şansı idi. Avropa Birliyi bu dövrə kimi Azərbaycan hakimiyyətilə münasibətində TANAP və TAP layihələrinə görə müəyyən loyallığı qoruyub saxlayırdı. Riqa sammitindən sonra isə bu münasibətlərin üzərindən birdəfəlik xətt çəkildi. Dünyada gedən demokratik proseslərin əhəmiyyətli xarakter alması Avropanın avtoritar rejimlərlə, xüsusilə də Rusiyanın nəzarətində olan MDB ölkələrilə aparılan siyasətdə dəyişiklik etməsilə nəticələnib. Demokratik dünya yürüdülən bu siyasətlə sübut etdi ki, indiyədək enerji və təhlükəsizlik insan haqlarından öncə gəlirdisə, artıq demokratik prinsiplərə əməl etmək prioritet elan olunub”.
Dünya birliyi ilə münasibətlər məsələsində hakimiyyət daxilindəki qruplar arasında da ziddiyyətlərin artdığını deyən istiqlalçı deputatın fikrincə, bir qrup Qərblə münasibətlərin korlanmasında maraqlı deyil, eyni zamanda, digər qrup da Rusiyaya meyllidir: “Novruz Məmmədovun bu fikirləri birbaşa ictimai rəyə hesablanıb. Beynəlxalq təzyiq artdıqca hakimiyyət daxildə həmrəyliyə nail olmağa cəhd edir. Hökumətin cəmiyyətdə özünü məzlum obrazında göstərməyə çalışması ictimaiyyəti çaşdırmağa yönəlik addımdır. Hesab edirəm ki, bu siyasət özünü doğrultmayacaq və biz yaxın dövrdə, xüsusilə Avropa Oyunlarından sonra daha ciddi tendensiyanın inkişafının şahidi olacağıq”.

Emil