CHP lideri Kamal Kılıçdaroğlu, MHP başqanı Dövlət Baxçalıya birgə hökumət qurmaq təklifi edib. O, Baxçalıya müraciətində bildirib: "Birlikdə hökumət quraq, baş nazir sən ol" . Kılıçdaroğlu, radikal mövqedə duran HDP-nin dəstəyini necə alacaqlarına dair sualı isə, belə cavablandırıb:
"Türkiyənin dünya qədər problemləri var. Bunların həll edilməsi lazımdır. Siyasət sənəti də problemlərin yollarını tapma sənətidir", deyə CHP başqanı bildirb.
Klıçdaroğlu eyni zamanda, erkən seçki məsələsinə də aydınlıq gətirib:
"Bizdə tərəddüd yoxdur. Ancaq erkən seçki liderlərin vəzifəsini yerinə yetirməməsi deməkdir. 7 İyunda siyasi partiya liderlərinə bir səlahiyyət verildi. Bunu qiymətləndirməmiz lazımdır. Hamımız uzlaşmaq məcburiyyətindəyik. Bizim şəxsi Ərdoğan düşmənçiliyimiz yoxdur. Biz deyirik ki, hər kəs hüquqlar çərçivəsində hərəkət etsin. O da hüquq çərçivəsində hərəkət edəcəksə, problem olmayacaq".
azadliq.info


