
2007-2014-cü illərdə Palataya rəhbərlik edən Mixail Vlasovun bir biznesmendən 1 milyon avro rüşvət istədiyi bildirilir. Bunun müqabilində Vlasov həmin biznesmenin məhkəmə işini yoluna qoymalı idi. Keçmiş məmur Buxarestdəki restoranların birində 200 min avro rüşvət alarkən yaxalanıb. Rumıniya son illər Avropa Birliyinin tələbi ilə korrupsiyaya qarşı mübarizəni gücləndirib. Hazırda ölkənin baş naziri Viktor Ponta ilə də bağlı korrupsiya iddiaları araşdırılır. Ponta korrupsiya ilə yanaşı, sənəd saxtalaşdırma, vergidən yayınma və çirkli pulların yuyulmasında da ittiham olunur.
Gültəkin