Arif Məmmədovdan İlham Əliyevə açıq məktub

“Cəsarətli qərar verib ölkəni bu əclaflardan qorumağın vaxtıdır… Onlar komandanızın sonuncu ən yaxşı kadrlarına hücum edirlər”

Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi, diplomat Arif Məmmədov ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət edib. A.Məmmədovun facebook səhifəsində yaydığı müraciəti təqdim edirik:

“Cənab prezident.
Azərbaycanın təxribatçı və təlxəyi Eynulla sahiblərindən növbəti sifarişi alaraq yaxşıca maliyyələşən qəzetciyəzinin səhifəsinə səfirlərin Sizə qarşı saxta qəsdi barədə yeni çirkli ifşalar və «dərin fikirlərini» töküb.

Bir vaxt Sizə yazdığım məktubda bildirmişdim ki, PA-da müəyyən çevrə özlərinin faydasız gərəkliliyinə bəraət qazandırmaq üçün Qərbin, Avropa Şurasının, Avropa Birliyinin, bu dəfə isə səfirlərin güya qəsd hazırladığını uydururlar.

Bu adamların bacardığı yeganə iş təxribatdır. Onlar bütün Azərbaycan xalqına, ağıllı və baracıqlı adamlara nifrət edir, çünki bu adamlarda öz gərəksiz varlıqlarına təhlükə görürlər.

Cənab prezident.
Cəsarətli qərar verib ölkəni bu əclaflardan qorumağın vaxtıdır. Bu adamlara bütün Azərbaycan nirət edir. Onlar  imicinizə zərbə vurur və qəsdən dünyada ölkənin neqativ imicini formalaşdırır. Bu, ölkənin xərçəng şişidir. Siz bu adamları çox gözəl tanıyırsınız. Onlar komandanızın sonuncu ən yaxşı kadrlarına hücum edirlər.

Bu gün onlar hədəf kimi xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını seçiblər. Təcili addımlar atmasanız, onlar dayanmayacaq.

Azərbaycan xalqı Sizin düzgün qərarlar verəcəyinizə ümid edir”.