Vidadi Mirkamal Arif Məmmədovu müdafiə etdi

“Zatı bilnməyənlərin belə bir ailəyə qarşı apardıgı kampaniya…”
 

Son günlərin ən qalmaqallı personalarından olaraq mətbuatın və sosial medianın gündəmini zəbt etmiş səfir Arif Məmmədovun nəsli Gəncənin sayılıb-seçilənlərindən olub. Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal bildirib ki, onlar vaxtilə qapıbir qonşu olublar:
 
"Səfir Arif Məmmədovun hakimiyyətin ifşasına yönələn son bəyanatları və bu bəyanatlara iqtidar təmsilçilərinin şəxsi müstəvidə çirkin böhtanlarla cavab verməsi məni bu statusu yazmaga vadar etdi. Arif Məmmədovu şəxsən tanımasam da onun babasını və nəslini çox gözəl tanıyıram. Qara Camal bizim qapıbir qonşumuz olub. Gəncə şəhəri Vaqif küçəsi 3-cü döngədə (İmamlı Məhəlləsi) yaşamış Qara Camal Yag – Piy Kombinatının uzun illər direktoru olub və insanlarda çoxlu xoş xatirələr buraxan bir şəxsiyyət olub. Mən uşaqlığımda bu insanla çox görüşmüş və onun söhbətlərinə qulaq asmışam. Allah ona qəni – qəni rəhmət eləsin. Bu ailənin alim nümayəndəsi Faiq müəllim də Gəncənin sayılan ziyalılarından olub və o vaxtkı Kənd Təsərrüfatı İnstitutunun professoru olub. Allah ona da rəhmət eləsin. İndi Gəncənin küçələrindən biri onun adını daşıyır. İndi iqtidar mənsublarının bu ailəyə, bu nəsilə qarşı apardığı qaralama kampaniyası hər bir vicdanlı insanda gülüş dogurur. Zatı, soyu bilnməyənlərin belə bir ailəyə qarşı apardıgı kampaniya bu hakimiyyətin xislətinin göstəricisidir. Düşünürəm ki, Arif Məmmədov bu nəslin davamçısı olaraq öz vicdanının səsinə qulaq asmalı və əzmlə öz mübarizəsini davam etdirməlidir. Ona bu şərəfli mübarizədə ugurlar arzu edirəm".