Tanınmış amerikalı müğənni Ledi Qaqa Avropa Oyunlarının açılış mərasimində 10 dəqiqəlik çıxışına görə 2 mln dollar qonorar alıb.
Bu barədə məlumatı Eurosport.com saytı yayıb. Yazıda qeyd olunur ki, "Imagine" mahnısına görə qonorar London Olimpiadasının açılışı zamanı Pol Makkartninin aldığı qonorardan təxminən iki dəfə çoxdur.