İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında keçmiş səfiri Arif Məmmədovla bağlı qalmaqal Türkiyə mətbuatına da çıxıb. «TRT Türk»də yayılan xəbərə görə, A.Məmmədovun Bakıda yanan bina ilə bağlı «Facebook» statusunu bəyənən 5 diplomat işdən qovulub: «Bu statusdan sonra Arif Məmmədov iqtidarın ciddi təpki və tənqidlərinə məruz qalıb. Xarici işlər naziri Elmar Məmmədyarov Arif Məmmədovun Azərbaycandakı məmurları tənqid edən statusunu bəyəndiyinə görə 5 diplomatı vəzifəsindən uzaqlaşdırıb. Arif Məmmədov həmkarlarının işdən çıxarılmasından kədərləndiyini bildirib və «İnsanların xalqıma verdiyimi başsağlığı mesajını bəyənməsinin nəticəsini bu cür ödəməsindən təəssüf edirəm» deyə bildirib».
«TRT Türk»ün yazdığına görə, bu hadisədən sonra Azərbaycan prezidenti İlham Əliyevin Avropadakı səfirlərin əksəriyyətini vaxtından əvvəl geri çağıracağı gözlənilir.
Gültəkin