
26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatçısı olub.
6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.
Bu, yığmamızın Oyunlarda 14-cü medalı olub. Bunadək komandamız 6 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələnmişdi.
Qeyd edək ki, fərdi yarışında Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov 69,665 xal yığıb. ( Apasport.az)