“Bakı-2015”: Azərbaycan 8-ci medalını qazandı

Bu gün Bilgəh çimərliyində “Bakı-2015” I Avropa Oyunlarında kişilər arasında triatlon yarışı başlayıb.
 
Yarışda 58 idmançı mübarizə aparıb. Ölkəmizi  yarışda Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil ediblər.
 
İdmançılarımızdan Rostislav Pevtsov bürünc medalın sahibi olub. Böyük Britaniya idmançısı Qordon Benson qızıl medalı qazanıb. Portuqaliyalı Joao Silva isə gümüş medala yiyələnib. 
 
Bu, Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 8-ci medal olub. (qol.az)