“Bakı-2015”: ikinci qızıl medalı da isveçrəli qazandı

"Bakı-2015" I Avropa Oyunlarının ikinci qızıl medalının sahibi də müəyyənləşib. Bilgəh çimərliyində keçirilən qadınlar arasında triatlon yarışlarının ilk qalibləri bəlli olub.
Dağ velosipedi üzrə yarışlarda olduğu kimi, bu yarışda da qızıl medalı isveçrəli idmançı qazanıb.
Nikola Spiriq bütün rəqiblərini qabaqlayaraq birinciliyi təmin edib.
Beləliklə, ilk Avropa Oyunlarının ikinci medalı da İsveçrəyə gedib. (qol.az)