
67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan həmyerlimiz daha sonra fransalı Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə məğlub edib.
Krateçimiz yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə başa çatıb – 1:4.
Üçüncü yer uğrunda almaniyalı Rikardo Gieglerə 3:1 hesabı ilə qalib gələn idmançımız bürünc medalın sahibi olub.