I Avropa Oyunları ilə bağlı bir neçə vacib sual

İndi araşdırdım, demə, o boyda haqq-hesab bardə “Euronews” telekanalı bir kəlmə xəbər verməyib. Bu, sizə heç nə demir? Nədir izahınız, ay dünəndən "Azərbaycanı, Sarı gəlini dünyaya tanıtdıq" deyərək qulağımızı batıranlar. Avropanın ən ciddi kanalı bu milyardlıq tədbirinizdə xəbər yükü görməyib. Başa düşürsünüz bunu?

***

Yox, bu tədbiri niyaməddinorduxanlılar, gülselsəfərovalar, azərhəsrətlər kimi planktonları isterik həddə sevindirmək üçün keçirirdinizsə, ok, başa düşürəm. Amma yenə bədxərclik eləmisiniz. Onları sevindirmək üçün Sarı Gəlin adına yarpaq dolması yarışı da keçirmək olardı!

***

Avropa Oyunlarının fişəngi qarşısında bir çox özünü ziyalı sayan şəxslərin müvazinətini itirməsini görmək də çox kədərli idi. Bəlli olur ki, facebookda özünü ziyalı kimi təqdim edən bəziləri siyasi və mədəni səviyyədə lümpenlərdən o qədər fərqlənmir. Onlar öz bəsitliyini "ümumxalq işi" altında çox düşük səviyyədə ört basdır eləmək istəyirlər.
İdrakı sönük olan bu adamların parlaqlığı da elə o İlhamənin daşıdğı məşəlinkinə oxşayır.

***

Bizə idman yarışı bəlkə də gərəkdi. Amma azad, ədalətli seçki yarışı olmayan yerdə bu oyun-moyun hamısı əfsanədi, dərimizi soymaq üçün bir hiylədi. Bunu "ziyalılar" başa düşmür, düşməsin, bəs sənə nə gəlib, ay bir tikə çörəyini qazanmaq üçün min bir əzaba dözən bədbəxt?!
Ustad, Əli Şəriəti futbol haqda desə də, onu Avropa Oyunlarına da şamil eləmək olar: "Stadionlardan gələn "qol", "ura" səsləri haqla nahaqqın savaşı getdiyi meydanda məzlumların səsin eşidilməz edirsə, o futbol deyil, opiumdu, uyuşdurucudu!”.