Xədicə İsmayıl həbsxanadan xəbər göndərdi

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsxanadan məktub göndərib. Dostlarına müraciət edən jurnalist bir həftədən artıqdır ona "Azadlıq" qəzetinin verilmədiyini deyir: 
"Hamıya salam. Möhkəm olun, mən möhkəməm. Oyunlar gəlib, gedir, problemlər isə qalmaqdadır. Ciddi işlərdən diqqətimizi yayındırmamalıyıq.
P.S. Bir həftədən çoxdur ki, mənə "Azadlıq" qəzeti verilmir".