Dünyanın daha bir çoxtirajlı qəzeti Azərbaycandakı vəziyyətdən yazdı
ABŞ-ın üç ən çox tirajlı qəzetindən biri olan “USA Today” Azərbaynanda keçirlən Avropa Oyunları və ölkədə mövcud vəziyyətlə bağlı məqalə dərc edib. Məqalədə deyilir:
Azərbaycanda ilk Avropa Oyunları başlayır. Problem ondadır ki, ilk Avropa Oyunlarını keçirən bu ölkə dünyada çoxlu enerji ehtiyatları ilə yanaşı, repressiyaların tüğyan etdiyi və hakimiyyətin korrupsiyaya bulaşması ilə tanınır. Azərbaycanın idman naziri Azad Rəhimov deyir ki, Avropa Oyunları dostluğun bayramına çevrilməlidir, idman sülhə və insanların həmrəyliyinə xidmət edir. Amma Azərbaycan hakimiyyətinin apardığı siyasət bunun əksini deyir.
Son dövrlərdə ölkədə aparılan repressiyalar xeyli sayda hüquq müdafiəçisinin, jurnalistin və siyasi fəalın həbsilə nəticələnib. Hakimiyyət “Amnesty İnternational” kimi böyük beynəlxalq hüquq müdafiə təşkilatının təmsilçilərini ölkəyə buraxmaqdan imtina edib. Beynəlxalq miqyasda məşhur olan bir neçə mətbuat orqanının əməkdaşlarına Bakıya getməyə imkan verilmir. Almaniyanın federal Kansleri Angela Merkel və digər Avropa liderləri yarışların açılış mərasiminə getməyi lazım bilmədilər. Yarışların açılış mərasimində iştirak edən dövlət rəhbərlərinin çoxu repressiv rejimlərin təmsilçiləridir.
Azərbaycan hakimiyyətinin ölkəni daima inkişaf edən respublika kimi təqdim etməsinə baxmayaraq, insanlar başqa ölkələrə daha çox qazanc əldə etmək üçün gedirlər. Sadə vətəndaşlar içərisində mövcud olan problemlərə baxmayaraq, bu yarışları müsbət hadisə kimi qiymətləndirənlər də var.
Beynəlxalq Şəffaflıq Təşkilatı Azərbaycanı ən çox korrupsiyaya qurşanmış ölkə kimi təsəvvür edir. Hakimiyyət korrupsiya ilə bağlı olan ittihamları qəbul etmir. Beynəlxaq araşdırmaçılar konkret faktlar və sübutlarla Azərbaycanda korrupsiyanın çox geniş yayılması haqqında təkzibedilməz sənədlərlə mütəmadi çıxış edirlər.