Ali Məhkəmə Seymur Həzinin şikayətini təmin etmədi

İyunun 11-də Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin kassasiya şikayətinə baxılıb.

Şikayət jurnalistin işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verilmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsi qərar qəbul etmişdi ki, apellyasiya şikayətinə məhkəmə istintaqı (şahidlərin dindirilməsi, sənədlərin tədqiqi və s.) aparılmadan baxılsın. Seymur Həzinin vəkili Adil İsmayılov bununla razılaşmayaraq, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət etmişdi. Bu səbəbdən mart ayından bəri Sumqayıt Apellyasiya Məhkəməsində Seymur Həzinin işi üzrə proses qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.

Ali Məhkəmə şikayəti təmin etməyib və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalıb.