Krım tatarları liderinin oğluna 5 il həbs cəzası verildi

Rusiyanın Krasnodar diyar məhkəməsi Krım tatarlarının siyasi lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovun oğluna hökm oxuyub.
 
Təsadüf nəticəsində insan ölümünə səbəb olan Heysər Cəmilov 5 il müddətinə azadlıqdan məhrum edilib. 2 ildir həbsdə saxlanılan Cəmilov isə günahını etiraf etsə də, cəzasını Rusiyada deyil, Ukraynada çəkmək istədiyini bildirib.
 
İstintaqın məlumatına görə, 2013-cü ilin mayında Krımın Baxçasaray şəhərində öz evinin qarşısında Heysər Cəmilov qonşusu Fevzi Edemovu tüfəngdən açdığı atəş nəticəsində öldürüb. Heysər Cəmilov hadisəni törədən zaman Krım Tatar Məclisinin sədri vəzifəsini icra edirdi.
 
2013-cü ilin martında Krım Rusiyaya ilhaq edildikdən sonra Heysər Cəmilov Rusiya hüquq-mühafizə orqanları tərəfindən gözaltına alınıb. (Modern.az)