İcmalar Palatası Britaniyanın AB-dən çıxmasına səs verdi

Böyük Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa Birliyinin tərkibindən çıxmasına dair islahatların keçirilməsi barədə qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.
 
BBC-nin məlumatına görə, baş nazir Devid Kemeronun bu təşəbbüsünün qəbul edilməsinin lehinə 544 parlamentari çıxış edib. İslahatlar ideyasının əleyhinə cəmi 53 deputat çıxıb.