85 yaşında əkiz uşağı oldu

Vanda Abdullah Sevinçin 85 yaşında əkiz uşaq atası olub. 46 yaşlı ikinci həyat yoldaşından əkiz qızı olan Abdullah uşaqlara baxmaq üçün də anaya kömək edir. Qocaman ata tək istəyinin uşaqların sağlam böyüməsi olduğunu deyib: “Maddi çətinliklərim var, ancaq onlar üçün hər şey edə bilərəm. Bu əkizlər mənim üçün böyük sürpriz olub. İndi iki yoldaşımdan 15 uşağım oldu”. 
 
Qeyd edək ki, atanın vəfat edən yoldaşından 10, indikindən isə 5 uşağı var. (Qafqazinfo)