Çində bir xəstənin böyrəyindən 420 daş çıxarılıb

Çin həkimləri bir xəstənin böyrəyindən 420 daş çıxarıblar, Qianjiang Evening Post nəşri xəbər verir.
Adı cənab He kimi göstərilən xəstənin şərqdəki Cjetszyan vilayətinin hospitalında iki saat ərzində əməliyyat olunduğu bildirilir.
Güman edilir ki, daşların əmələ gəlməsinə tofu (laxtalanmış paxla) ilə zəngin mətbəx səbəb ola bilərdi.
"Paxla məmulatları, xüsusilə də gips tərkibli tofu, yetərli su qəbul olunmadığı təqdirdə bədəndə kalsiumun yığılmasına səbəb ola bilər”, – Dr Vey Yubin bildirir.
Qarın nahiyəsində kəskin ağrılardan şikayət edən cənab He həkimlərə May ayında müraciət edib. Tibbi müayinə onun sol böyrəyində çoxsaylı daşların olduğunu göstərib.
Xəstə bir qədər də geciksə idi, onun böyrəyini xilas etmək mümkün olmayacaqdı, həkimlər deyirlər.
Böyrəkdən çıxarılmış 420 daş çox görünsə də, dünya rekordunu qırmayıb.
Guiness dünya rekordları kitabına əsasən, 2009-cü ildə 3 saatlıq əməliyyatdan sonra Hindistan cərrahları bir xəstənin böyrəyindən 172,155 daş çıxarıblar (bbc.com/azeri).